İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarəsi Livanın cənubunda "Hizbullah" hərəkatının silahlı qanadının üzvü tərəfindən idarə olunan motosikletə zərbə endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Lebanon 24 xəbər portalı məlumat yayıb.
Xəbər portalının məlumatına görə, döyüşçü aldığı yaralardan dərhal ölüb. Hadisə Tir şəhərinin cənub-şərqində (Beyrutdan 90 km) Deyr Qanun və Batuliya arasındakı magistral yolda baş verib.