İsrail ABŞ ilə 10 illik hərbi yardım müqaviləsi imzalamaq niyyətindədir

10:55 - 27 Yanvar 2026 - DÜNYA

İsrail maliyyə dəstəyinin əhəmiyyətli dərəcədə azaldılmasına hazırlaşaraq ABŞ ilə yeni, 10 illik hərbi yardım müqaviləsi imzalamaq niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti yazıb.

Müddəti 2028-ci ildə bitəcək mövcud müqavilə Təl-Əvivə illik ən azı 4 milyard dollar ayırmağı nəzərdə tutur.

Müdafiə Nazirliyinin baş maliyyə müşaviri Gil Pinçasın sözlərinə görə, İsrail qarşıdakı həftələrdə baş tutması gözlənilən danışıqlarda nağd subsidiyalardan daha çox birgə hərbi və müdafiə layihələrinə üstünlük verməyə çalışacaq.

Pinças bildirib ki, Təl-Əviv cari və gələcək birgə hərbi sistemlərin inkişaf layihələrini, o cümlədən birdəfəlik əsasda müzakirə etməyi planlaşdırır və mütləq yeni 10 illik müqavilənin bir hissəsi kimi deyil.

Xəbər xətti