Binalara 23 milyon ayırdı

14:05 - 26 Yanvar 2026 - Xəbər

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) paytaxtda mənzil-kommunal xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə iri həcmli satınalma elan edib.

Ucnoqta.az xəbər verir ki, müsabiqə mənzil-kommunal xidmətlərinin göstərilməsini təmin etmək üçün tələb olunan müxtəlif növ malların alınmasını nəzərdə tutur.

Tender üzrə təklif edilən qiymət 23 863 427,72 azn məbləğində müəyyən edilib.

Xəbər xətti