Ukrayna nümayəndə heyəti artıq ABŞ və Rusiya ilə danışıqlar aparmaq üçün BƏƏ-yə yola düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib. Görüş iki gün, 23-24 yanvar tarixlərində davam edəcək.
Volodimir Zelenski Ukrayna, ABŞ və Rusiya arasında ilk üçtərəfli görüşün tezliklə keçiriləcəyini açıqlamışdı. O bildirib ki, Amerika tərəfinin təşəbbüsü ilə keçirilir.