Ağ Ev Davosda keçirilən mərasimdə Sülh Şurasının yaradılmasını rəsmi olaraq elan etdi.
Ucnoqta.az xəbər verir ki, mərasimdə 19 ölkənin nümayəndəsi iştirak edib.
Bildirilir ki, Davosda keçirilən Dünya İqtisadi Forumunun kənarında keçirilən mərasimdə 19 ölkənin nümayəndəsi Qəzza zolağında sülh prosesinin bir hissəsi olaraq yaradılan Sülh Şurasının nizamnaməsini imzalayıblar.
ABŞ Prezidenti Donald Trampdan əlavə, sənədi Azərbaycan, Argentina, Ermənistan, Bəhreyn, Bolqarıstan, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Qətər, Mərakeş, Monqolustan, BƏƏ, Pakistan, Paraqvay, Səudiyyə Ərəbistanı, Türkiyə, Özbəkistan və Kosovo dövlətinin liderləri və nümayəndələri imzalayıblar.
Tramp mərasimdən sonra jurnalistlərə bildirib ki, Sülh Şurasına 50-dən çox ölkə qoşulacaq. "Sülh Şurası"na qoşulmaq üçün dəvətnamələr bir çox xarici liderə göndərilib.