Böyük Britaniyanın rəhbərlik etdiyi Birgə Ekspedisiya Qüvvələrini (JEF) təşkil edən Şimal ölkələri 2026-cı ildə Arktika, Şimali Atlantika və Baltik bölgəsində "Şir" təlimi keçirəcəklər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Naziri Con Hili Kopenhagendə danışıqlardan sonra danimarkalı həmkarı Troels Lund Poulsen ilə birgə mətbuat konfransında məlumat verib.
"Bu ilin sonlarında yüzlərlə əsgər, gəmi, təyyarə və dron JEF tərəfindən Baltik, Şimali Atlantika və Arktikada təşkil edilən "Şir" təlimində iştirak edəcək.
Onlar təhdidlərin qarşısını almaq və ittifaqımıza inamı artırmaq üçün Şimalda yerləşdiriləcəklər. Əvvəlki kimi, təhlükəsizliyimizi gücləndirmək üçün birləşəcəyik", - deyə Hili bildirib və çıxışı The Sun-un YouTube kanalında yayımlan