Suriyanın keçid hökumətinin Daxili İşlər Nazirliyi keçmiş İŞİD döyüşçülərinin ailə üzvlərinin saxlanıldığı Əl-Hol xüsusi düşərgəsini, eləcə də ölkənin şimal-şərqindəki bütün İŞİD həbsxanalarını qapalı təhlükəsizlik zonaları elan edib.
Ucnoqta.az xəbər verir ki, bu abrədə Əl-İxbariya televiziya kanalının açıqlamasında deyilir.
Daxili İşlər Nazirliyi bildirib ki, bu ərazilər hazırda mühafizə altındadır və qaçan məhbusların axtarışı aparılır. O, bu ərazilərə yaxınlaşmağın qəti qadağan olduğunu və hüquqi məsuliyyətə səbəb olacağını vurğulayıb.