Bu gün "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxıb.
Ucnoqta.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Frankfurt "Ayntraxt"ını qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Kamilo Duran iki dəfə (4, 80), Bəhlul Mustafazadə (904) fərqlənib. Qonaqların heyətində Can Uzun (11) və Fares Chaibi (78-pen) fərqləniblər.
Çempionlar Liqası
Liqa mərhələsi, 7-ci tur
21:45."Qarabağ" (Azərbaycan) - "Ayntraxt" (Almaniya) - 3:2
Qol: Kamilo Duran, 4 (1:0), Can Uzun, 11 (1:1), Şaybi, 78-pen. (1:2), Kamilo Duran, 80 (2:2), Bəhlul Mustafazadə, 90+4 (3:2)
Hakimlər: Sandro Şerer, Stefan De Almeyda, Yonas Erni, Yohannes fon Mandak (İsveçrə)
VAR: Fedayi San (İsveçrə)
AVAR: Lukas Fendrix (İsveçrə)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu