Tramp 2028-ci il seçkiləri üçün namizədləri açıqladı

08:22 - 22 Yanvar 2026 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp 2028-ci il prezident seçkilərindəki varisi ilə bağlı suala birbaşa cavab verməkdən yayınaraq, belə müzakirələrin aparılması üçün hələ tez olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, "NewsNation"a verdiyi müsahibədə deyib.

"Bizim əla namizəd heyətimiz, çox istedadlı insanlarımız var", - deyə prezident cavab verib. O, varis roluna namizədlər arasında favoritlərinin olduğunu etiraf edib, lakin bu barədə danışmağın "çox tez" olduğunu qeyd edib.

Administrasiyasında fəaliyyətindən məmnun olduğu vəzifəli şəxslər arasında Tramp vitse-prezident J.D. Vensi, dövlət katibi Marko Rubionu, xəzinədarlıq katibi Skott Bessenti, daxili təhlükəsizlik katibi Kristi Noemi və sərhəd təhlükəsizliyi və qanunsuz immiqrantların deportasiyasından məsul olan Tomas Homanı sadalayıb. "Sizə 20 fenomenal insanın adını çəkə bilərəm", - deyə Amerika lideri yekunlaşdırıb.

Xəbər xətti