ABŞ-a su yolu ilə gələn narkotik axını 97% azalıb və ABŞ hakimiyyəti tezliklə quru yolu ilə narkotik qaçaqmalçılığına qarşı əməliyyatlara başlayacaq.
Ucnoqta.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu Ağ Evdə keçirilən mətbuat konfransında açıqlayıb.
"Sizə deyə bilərəm ki, su yolu ilə daşınan narkotiklərin həcmi 97% azalıb. Çox tezliklə quru yolu ilə gələn narkotikləri hədəf alacağıq. Onların haradan gəldiyini dəqiq bilirik" - Amerika lideri qeyd edib.