Bir milyondan çox insan elektriksiz qalıb

21:59 - 20 Yanvar 2026 - DÜNYA

Ukrayna paytaxtında bir milyondan çox insan elektriksiz qalıb.

Ucnoqta.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bunu açıqlayıb.

"Təkcə Kiyevdə bu axşam saatlarına qədər bir milyondan çox insan elektriksiz qalıb. Əhəmiyyətli sayda ev - 4000-dən çox mənzil binası istiliksiz qalıb", - deyə Zelenski özünün Telegram kanalında dərc olunmuş müraciətində bildirib.

O qeyd edib ki, rəsmilərin əhalini və müəssisələri dəstəkləmək üçün səylərini yenidən qurmağı təklif edəcəklərini gözləyir.

O əlavə edib ki, vəziyyətin nəzərəçarpacaq dərəcədə sabitləşməsi üçün istehsalın və mövcud istehlakın yenidən bölüşdürülməsi, eləcə də əlavə zəruri dəstək proqramlarının həyata keçirilməsi üçün müəssisələrlə maksimum koordinasiya lazımdır. 

Xəbər xətti