ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makron tərəfindən Parisdə təklif edilən Yeddilik Qrupunun (G7) görüşünə qatılmaq planının olmadığını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, o, Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.
"Çünki bilirsiniz ki, Emmanuel orada uzun müddət qalmayacaq və orada sabitlik yoxdur. O, mənim dostumdur, yaxşı oğlandır. Mən Makronu sevirəm, amma bildiyiniz kimi, o, orada çox uzun müddət qalmayacaq. Və düşünürəm ki, bu prosesdə birbaşa iştirak edən insanlarla görüşlərim var, danışdığınız bəzi insanlarla yox", - deyə Amerika lideri əlavə edib.