"Qarabağ" - "Ayntraxt" oyununa nə qədər bilet satılıb?

17:14 - 19 Yanvar 2026 - İDMAN

"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda "Ayntraxt"la oyunu üçün satılan bilet sayını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, artıq matça 24 min 500 ədəd bilet satılıb.

Klub qeyd edib ki, hazırda biletlər məhdud sayda qalıb.  Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Biletlərin qiyməti isə 10, 15, 25, 35, 40, 50, 75, VIP sektorlar üçün 200, 250, 300 və 400, VVIP sektorlara 1000 AZN təşkil edir.

Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" oyunu yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Xəbər xətti