Şəbnəm Tovuzlu xəstəxanaya yerləşdirildi

16:39 - 19 Yanvar 2026 - MAQAZİN

"Şəbnəm xanım hazırda xəstəxanadadır. Həkimlər problemin nədən qaynaqlandığını araşdırırlar".
 
Bu sözləri Azxeber.com-a müğənni Şəbnəm Tovuzlunun ailə üzvü deyib.

Bildirilib ki, müğənni hazırda xəstəxanada həkim nəzarətindədir:
 
"İddia edildiyi kimi heç bir arıqlama dərmanından və iynəsindən istifadə etmirdi. Anidən təzyiqinin aşağı düşməsinə görə halı dəyişib. Hazırda xəstəxanadadır, həkimlər problemin nədən qaynaqlandığını araşdırırlar. İnşallah, axşam konserti var. Toparlanıb səhnəyə çıxacaq".
 
Müğənninin meneceri Şəhanə Ayazqızı da mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında Şəbnəm Tovuzlunun arıqlama dərmanlarına görə xəstəxanalıq olduğu iddialarını rədd edib. 

Qeyd edək ki, şairə Nazilə Səfərli Şəbnəm Tovuzlunun arıqlama dərmanından halının pisləşdiyini demişdi.

Xəbər xətti