İlkin məlumatlara görə 2026-cı il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6757,8 min baş qoyun və keçi, 2435,5 min baş iribuynuzlu mal-qara, o cümlədən 1207,1 min baş inək və camış mövcud olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir.
Bildirilib ki, iribuynuzlu mal-qaranın 49,6 faizini inək və camışlar təşkil edir.
2025-ci ildə quşçuluq müəssisələrində diri çəkidə 85,1 min ton quş əti istehsal olunmuşdur. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 12580,2 min baş olub