Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampdan Qəzza Sülh Şurasına qoşulmaq üçün dəvət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
"Prezident Putin də diplomatik kanallar vasitəsilə bu Sülh Şurasına qoşulmaq üçün dəvət alıb. Hazırda bu təklifin bütün detallarını öyrənirik, o cümlədən bütün nüansları aydınlaşdırmaq üçün Amerika tərəfi ilə əlaqələrin qurulmasına ümid edirik", - deyə o bildirib.