Seysmoloqlar Kuril adaları yaxınlığında 5,6 bal gücündə zəlzələ qeydə alıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsinin Yujno-Saxalinsk seysmik stansiyası məlumat verib.
Zəlzələ Saxalin vaxtı ilə saat 12:52-də qeydə alınıb. Onun maqnitudası 5,6 olub. Zəlzələlər dəniz dibinin 423 km dərinliyində qeydə alınıb.