Mbappe mükafatlandırma mərasimi zamanı oyunçuları meydandan çıxardı

08:48 - 12 Yanvar 2026 - İDMAN

"Real Madrid"in hücumçusu Kilian Mbappe "Barselona"nın İspaniya Super Kuboku mükafatlandırma mərasimi zamanı komanda yoldaşlarını meydandan çıxardı.

Ucnoqqta.az bildirir ki, bu barədə "Marca" xəbər verir.

İkinci yer medalını aldıqdan sonra fransız hücumçu komanda yoldaşlarına meydanı tərk etməyi və soyunma otağına getməyi işarə etdi.

Xatırladaq ki, oyun Səudiyyə Ərəbistanında keçirilib və "Barselona"nın 3-2 hesablı qələbəsi ilə başa çatdı.

Mbappe diz bağlarından aldığı zədədən sonra ilk dəfə meydana 76-cı dəqiqədə əvəzedici kimi daxil oldu.

Xəbər xətti