Suriya əskinaslarındakı Bəşər Əsədin portreti dəyişdirilir

09:01 - 30 Dekabr 2025 - DÜNYA

Suriya prezidenti Əhməd əl-Şaraa keçmiş prezident Bəşər Əsəd və atası Hafiz Əsədin portretlərinin yerinə çiçəklər, portağal və zeytun təsvirləri olan yeni əskinasların dizaynını təqdim edib.

Ucnoqta.az bildirir ki, bu barədə SANA xəbər agentliyi məlumat verib.

Prezident bildirib ki, yeni əskinasların tətbiqi ölkənin nominal dəyəri ilə bağlıdır və onun sözlərinə görə, bu, Suriya üçün bir dövrün sonu və yeni bir mərhələnin başlanğıcıdır.

O qeyd edib ki, tut, portağal, zeytun və buğda sünbüllərindən ibarət olacaq yeni əskinaslar Suriyanın irsini əks etdirir və dollardan asılılığı azaltmaq məqsədi daşıyır.

Dəyişiklikdən əvvəl 2000 funtluq əskinasda Bəşər Əsədin portreti, 1000 funtluq əskinasda isə atasının portreti var idi. Qalan əskinaslarda Suriyanın mədəni irs obyektləri təsvir olunub.

Xəbər xətti