Goranboyda maşın piyadanı vuraraq öldürüb.
Ucnoqta.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Goran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəktədə olan Gəncə Beynəlxalq Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Piyadanın kimliyi dəqiqləşdirilir.
Əraziyə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.