Floridadakı Ukrayna və Amerika nümayəndə heyətləri 2026-cı ilin yanvar ayında Vaşinqtonda Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında keçiriləcək görüşə hazırlıq barədə razılığa gəliblər.
Ucnoqta.az bildirir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov məlumat verib.
"Yaxın gələcəkdə məsləhətləşmələri davam etdirmək və dialoqun növbəti mərhələlərinə, xüsusən də yanvar ayında Vaşinqtonda keçiriləcək görüşlərə hazırlaşmaq barədə razılığa gəldik" - Umerov qeyd edib.