İtalyan baş məşqçisi əməliyyat olunub

00:00 - 30 Dekabr 2025 - İDMAN

"Latsio" baş məşqçisi Mauritsio Sarri ürək əməliyyatını uğurla keçirib.

Ucnoqta.az xəbər verir ki, klubun mətbuat xidməti məlumat verib.

Həkimlər italiyalıya qulaqcıqların fibrillyasiyası diaqnozu qoyublar və ona transkateter ablasiya əməliyyatı aparılıb. Əməliyyat uğurlu keçib və Sarri tezliklə vəzifəsinə qayıdacaq.

İtaliya çempionatının 17 turundan sonra "Latsio" 24 xalla turnir cədvəlində səkkizinci yerdədir.

Xəbər xətti