Biləsuvarda yanacaq avtomobili aşdı

12:02 - 29 Dekabr 2025 - ÖLKƏ İÇİ

Biləsuvarda yanacaq daşıyan avtomobil aşıb.

Hadisə ötən gün köhnə Bakı-Astara magistralının rayona giriş hissəsində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Ruhin Baxşəlixanlının idarə etdiyi yanacaqla dolu yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəzada xəsarət alan sürücü rayon xəstəxanasına çatdırılıb. Ona zəruri tibbi yardım göstərilib, xəsarəti yüngül qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, yük avtomobilində Naxçıvan Muxtar Respublikasına yanacaq aparılırmış.

Xəbər xətti