Fransa prezidenti Emmanuel Makron 2026-cı ilin əvvəlində respublikanın nüvə doktrinası ilə bağlı açıqlama verəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Paris Match jurnalı Fransa liderinə yaxın mənbəyə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, Makronun çıxışı, xüsusən də, Avropadakı nüvə çəkindirmə qüvvələrinə ünvanlanacaq.
Nəşr qeyd edir ki, Fransa hakimiyyəti respublikanın nüvə qüvvələrindən digər AB ölkələrini müdafiə etmək üçün istifadə etmək ideyasını araşdırır.