Fələstin anklavında atəşkəsə baxmayaraq, İsrail ordusu Qəzza zolağının cənubundakı ərazilərə yeni zərbələr endirib.
Ucnoqta.az bildirir ki, Qətərin Əl-Cəzirə televiziya kanalı bu barədə məlumat verib.
Kanalın məlumatına görə, Xan Yunisin şərqindəki ərazilər hava və artilleriya atəşinə tutulub.
Rəfah şəhərində bir neçə hava hücumu qeydə alınıb.