ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner 3 dekabrda Avropa ölkələrindən birində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırırlar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Axios mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Uitkoff və Kuşner Rusiya prezidenti Vladimir Putinlə danışıqlarının nəticələrini Zelenski ilə müzakirə etməyi gözləyirlər.