2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.
Ucnoqta.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
2026-cı il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 20, 21-i Ramazan bayramı, mayın 27, 28-i Qurban bayramı günləri müəyyən edilib.
Həmin günlər iş günü hesab edilmir.
Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab olunur. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri - 27 və 30 mart da qeyri-iş günləri olacaq.
Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləri olacaq.