QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanın “Vətəndaş Cəmiyyəti Həftəsi”ndə təmsil olunur

11:53 - 2 Dekabr 2025 - Cəmiyyət

2025-ci il dekabrın 1-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Vətəndaş Cəmiyyəti Həftəsi”nin açılış mərasimi keçirilib.

Gənclərin Yaradıcılıq Sarayında baş tutan mərasimdə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi də qonaq qismində təmsil olunub. Agentliyin icraçı direktoru Aygün Əliyeva bir neçə gün əvvəl Bakı və Naxçıvanda keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda Özbəkistanın vətəndaş cəmiyyəti təmsilçilərinin fəal iştirakına görə təşəkkür edib.

O, bildirib ki, bu günlərdə təsis olunan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platforması həm çoxtərəfli, həm də ikitərəfli münasibətlərin dərinləşdirilməsində yeni mərhələdir.

A.Əliyeva Özbəkistan QHT-lərini 2026-cı ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13-də) fəal iştiraka dəvət edib.


Xəbər xətti