Media üçün xərclər artırılır

12:51 - 4 Noyabr 2025 - MEDİA

Növbəti il 2025-ci illə müqayisədə televiziya, radio və nəşriyyat xərcləri 11 000 000 manat və ya 16,2 % artımla ümumilikdə 78 721 874 manat proqnozlaşdırılır.

Ucnoqta.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, media vasitələrinin, o cümlədən "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, "Mir" Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin fəaliyyətinin təmin olunması məqsədilə 64 800 000 manat vəsait nəzərdə tutulub.///trend

Xəbər xətti