Sarkozinin oğlu antisemit təhqirlərə görə polisə müraciət etdi

12:28 - 4 Noyabr 2025 - DÜNYA

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin oğlu Luis Sarkozi antisemit təhqirləri aldıqdan sonra polisə müraciət etdi.

Ucnoqta.az xəbər verir ki, Luis özü bu barədə sosial media səhifəsi X-də yazıb.

"Bir kişi Mentondakı seçki qərargahıma soxuldu, danışılmaz qəddarlıqla bağlı antisemit şüarlar qışqırdı... Menton polis bölməsinə şikayət ərizəsi verilib", - deyə paylaşımda bildirilir.

Luis Sarkozi komandasının qərargahının yerləşdiyi Mentonda mer vəzifəsinə namizədliyini irəli sürməyi planlaşdırır.

Fransanın keçmiş liderinin oğlu əlavə edib ki, təhdidlər onu planlarından çəkindirməyəcək.

Xəbər xətti