Keniyada polis dini ekstremist qrupa mənsub olmaqda şübhəli bilinən 27 nəfərlik qrupu kilidli kilsədə aşkar edib.
Ucnoqta.az bildirir ki, The Daily Nation xəbər verir.
Polis bildirib ki, Çanqamve dairəsindəki kilsə haqqında yerli sakin uşaqlarını məktəbdən çıxarıb onları kilidlədikdən sonra məlumat əldə edib.
Hüquq-mühafizə orqanları binaya basqın edəndə içəridə 5- 15 yaş arasında yeddi qadın və 20 uşaq olub. 
                       
                                             
                            
                            
Qeyd olunur ki, onlar acınacaqlı vəziyyətdə olublar.
Polis araşdırmaları davam etdirir və azad edilmiş şəxslərin kimliyini müəyyən edir.