İspaniya Kralı ilk dəfə Çinə səfər edəcək

12:13 - 3 Noyabr 2025 - DÜNYA

Çin Xarici İşlər Nazirliyi İspaniya Kralı VI Felipein ​​10-13 noyabr tarixlərində Çinə səfərini təsdiqləyib.

Ucnoqta.az bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninqin brifinqində məlumat verilib.

Səfər zamanı İspaniya Kralı Si Çinpin, Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Qianq və Ümumxalq Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsinin sədri Çjao Leji ilə görüşəcək, ikitərəfli münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparacaq.

Bu səfər VI Felipein ​​xaricə ilk dövlət səfəri və 18 ildən sonra İspaniya monarxının Çinə ilk səfəri olacaq.

Xəbər xətti