Azərbaycanda daha bir zəlzələ

09:10 - 2 Noyabr 2025 - ÖLKƏ İÇİ

İsmayıllı stansiyasından 21 kilometr şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yerli vaxtla saat 02.50-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.

Yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib, zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, ötən gün axşam saatlarında da İsmayıllıda zəlzələ baş verib.

Xəbər xətti