ABŞ vitse-prezidentindən "Halloween" paylaşımı

08:04 - 1 Noyabr 2025 - Xəbər

ABŞ-nin vitse-prezidenti J.D. Vens viral memdə özü kimi geyinmiş video paylaşdı.

Ucnoqta.az xəbər verir ki, vitse-prezident videonu X-də paylaşdı.

"Hamınıza xoşbəxt Halloween, hədiyyə almağa gedəndə təşəkkür etməyi unutmayın!" - paylaşımda deyilir.

Posta əlavə olunmuş videoda ABŞ vitse-prezidenti uzun qıvrım saçlı parik taxmış və özünün viral şəklini təqlid edərək gözlərini böyütmüşdü. 

Xəbər xətti