Boynuna top dəyən 17 yaşlı idmançı öldü

10:57 - 31 Oktyabr 2025 - Xəbər

Avstraliyalı kriketçi topun boynuna dəyməsindən sonra 17 yaşında vəfat edib

Ucnoqta.az Reuters-ə istinadən xəbər verir ki, "Cricket Victoria" komandasında oynayan avstraliyalı kriketçi Ben Austin məşq zamanı topun boynuna dəyməsindən sonra vəfat edib.

17 yaşlı Austin ağır vəziyyətdə xəstəxanaya aparılıb və lakin ertəsi gün vəfat edib.

Kriket klubunun rəhbərinin sözlərinə görə, Austin dəbilqə taxıb, lakin boyun qoruyucusu olmayıb.

2014-cü ildə keçmiş Avstraliya millisinin üzvü Fil Hyuz 25 yaşında boynuna topun dəyməsindən sonra vəfat edib. Boyun qoruyucusu 2023-cü ildən etibarən Avstraliyanın elit divizionunda məcburi olacaq.

Xəbər xətti