Balakənin icra başçısı saxlanıldı

11:12 - 30 Oktyabr 2025 - ÖLKƏ İÇİ

Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.

Əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti keçirir.

Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxslərin saxlanıldığı bildirilir.

 

Əlavə məlumat veriləcək.

Xəbər xətti