Cinayət məsuliyyətinə cəlb edilən Prezident Administrasiyanın (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin bütün fəxri adlar, ordenlər silinib.
"Unikal" xəbər verir ki, R.Mehdiyevlə bağlı rəsmi portalda axtarış zamanı orden və medallarla bağlı heç bir məlumat tapılmır.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə PA-nın sabiq rəhbəri barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.