Lənkəranda şərab evində normativ tələblər pozulub

12:04 - 29 Oktyabr 2025 - Xəbər

Lənkəran şəhəri, Füzuli  küçəsi 121A ünvanında fəaliyyət göstərən, Baxşızadə Orxan Oktay oğluna məxsus şərab evində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Ucnoqta.az xəbər verir ki, ictimai iaşə obyektinin satış vitrinində Azərbaycan dilində markalanması və istehsalçı barədə məlumatları olmayan “Имперская”, “Тigoda”, “Столовая”, “Русский Дозор”, “Российская Корона” əmtəə nişanlı araq məhsulları aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib olunub, məhsulların satışı məhdudlaşdırılıb, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Xəbər xətti