"Melissa" ən azı yeddi nəfərin ölümünə səbəb oldu

10:52 - 29 Oktyabr 2025 - DÜNYA

Bu həftənin əvvəlində Karib dənizini vuran "Melissa" qasırğası nəticəsində ən azı yeddi nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.

Məlumata görə, Yamaykada üç, Haitidə üç nəfər ölüb, Dominikan Respublikasında isə bir nəfər ölüb və bir nəfər itkin düşüb.

Saffir-Simpson şkalası üzrə 5-ci kateqoriyalı qasırğa olan "Melissa" 28 oktyabrda Yamaykaya çatıb. Episentrdə küləklərin sürəti 82 m/s (295 km/saat) olub.
Adada daşqınlara və genişmiqyaslı dağıntılara səbəb olub. Sahilə çatdıqdan sonra qasırğa zəifləyərək 4-cü kateqoriyaya çevrilib.

Melissa hazırda 3-cü kateqoriyalı qasırğa hesab olunur və şimal-şimal-şərq istiqamətində Kubanın şərqinə doğru hərəkət edir və meteoroloqların fikrincə, daha sonra Baham adalarına doğru gedəcək.

Xəbər xətti