Azərbaycanın millisi böyük hesabla uduzdu

18:14 - 27 Oktyabr 2025 - İDMAN

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.

Ucnoqta.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan yığma Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Vadul lui Voda şəhərində keçirilən görüş Kosovo seçməsinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 qrupda son matçını oktyabrın 30-da Moldova yığmasına qarşı keçirəcək.

Xəbər xətti