Ermənistan və Türkiyə müxtəlif səviyyələrdə intensiv dialoq aparır - Mirzoyan

15:12 - 27 Oktyabr 2025 - DÜNYA

Ermənistan və Türkiyə müxtəlif səviyyələrdə çox intensiv dialoq aparır.

Ucnoqta.az xəbər verir ki, ER xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2026-cı il büdcə müzakirələri zamanı bildirib.

"Dialoq Ermənistanın baş naziri ilə Türkiyə prezidenti arasında, eləcə də daimi nümayəndələr, iki ölkənin Xarici İşlər nazirliklərinin komandaları və digər qurumlar arasında ən yüksək səviyyədə aparılır", - Mirzoyan qeyd edib.

Xarici işlər naziri bu dialoqu yüksək qiymətləndirib və bu sahədə nikbinliyini ifadə edib, yaxın gələcəkdə bu sahədə real nəticələrə və razılaşmalara ümid etdiyini bildirib.

Xəbər xətti