Rusiyaya şanksiyalardan sonra neft daha da bahalaşdı

14:23 - 23 Oktyabr 2025 - İQTİSADİYYAT

Vaşinqtonun Rusiyanın neft şirkətləri "Rosneft" və "Lukoyl"a qarşı sanksiyalar tətbiq etməsi fonunda neftin qiyməti cümə axşamı günü 5%-i ötüb.

Ucnoqta.az xəbər verir ki, Londonun ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin bir barreli əvvəlki bağlanışdan 3,38 dollar (5,4%) artaraq 65,97 dollar/barel olub.

Nyu-York əmtəə birjasında (NYMEX) dekabr ayı üçün WTI markalı neftin elektron ticarəti hər barelə görə 3,29 dollar (5,62%) artaraq 61,79 dollar olub.

Xəbər xətti