Dublində iğtişaşlar zamanı 24 nəfər saxlanılıb

11:27 - 23 Oktyabr 2025 - DÜNYA

İrlandiya paytaxtının ətraflarında davam edən etiraz aksiyaları zamanı 3 polis əməkdaşı yaralanıb, 24 nəfər saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Irish Times” məlumat yayıb.

Qəzetin məlumatına görə, həbslər oktyabrın 22-nə keçən gecə Dublində baş verib.Hüquq-mühafizə orqanları iğtişaşların ilk növbədə gənclər arasında olduğunu bildirib.

Qeyd olunur ki, ötən axşam iğtişaşlarda təxminən 500 nəfər iştirak edib və iğtişaşları yatırtmaq üçün 300 polis əməkdaşı cəlb olunub.

Xəbər xətti