Avropa İttifaqı (Aİ) Rusiyaya növbəti sanksiyalar paketini rəsmən təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məlumata yayıb. Məlumata görə, Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini rəsmən təsdiqləyib.
Bildirilir ki, Aİ 19-cu sanksiya paketinə Rusiya neftini daşıyan 100-dən çox xarici bayraqlı tanker əlavə edib.
Sanksiyalar paketinə həmçinin Rusiyadan LNG-nin alınmasına qadağa və rus diplomatlarının hərəkətinə məhdudiyyətlər daxildir.