Elçin Məsiyev UEFA Avropa Liqasının oyununu idarə edəcək

10:54 - 21 Oktyabr 2025 - İDMAN

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Məsiyev UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçiriləcək “Genk” (Belçika) - “Betis” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, görüş oktyabrın 23-də Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Xəbər xətti