ABŞ prezidenti Donald Tramp amerikalı iş adamı Mark Sawayanı özünün İraq üzrə xüsusi nümayəndəsi təyin edib.
Ucnoqta.az xəbər verir ki, Amerika lideri bu barədə Truth Social-da məlumat verib.
O, əmin edib ki, Savaya ABŞ və İraq arasındakı münasibətləri dərindən anlayır və regionda əlaqələri var.
“Mark mənim Miçiqandakı kampaniyamda əsas rol oynayıb, burada o və başqaları müsəlman amerikalılar arasında rekord sayda seçici fəallığının təmin olunmasına kömək ediblər”, Tramp əlavə edib.