HƏMAS daha dörd girovun cəsədini İsrailə təhvil verəcək

08:06 - 15 Oktyabr 2025 - DÜNYA

Fələstinin HƏMAS hərəkatı daha dörd girovun cəsədini çərşənbə günü İsrailə təhvil vermək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, The Times of Israel məlumatlı mənbələrə istinadən yazır.

"Həmas çərşənbə günü daha dörd ölü girovun cəsədini İsrailə təhvil verəcəyi barədə vasitəçilərə məlumat verib", - məlumatda deyilir.

Bununla da HƏMAS tərəfindən qaytarılan ölü girovların sayı 12-yə çatıb, daha 16 nəfərin cəsədi Qəzza zolağında qalıb.

Xəbər xətti