İşdən çıxarılan direktora yeni vəzifə verildi

11:59 - 8 Sentyabr 2025 - Xəbər

Bakıda yerləşən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin bu gün işdən çıxarılan direktoru Esmira Ağayevaya yeni vəzifə verilib.

Ucnoqta.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub. 

Qərara əsasən, E.Ağayeva paytaxtın ən böyük məktəblərindən biri olan 158 nömrəli tam orta məktəbə direktor təyin edilib.

Xatırladaq ki, 1965-ci il təvəllüdlü Esmira Azər qızı Ağayeva 2020-ci ilin iyulundan 2025-ci ilin sentyabrınadək 20 nömrəli məktəb-liseyə rəhbərlik edib. O, daha əvvəllər isə 214 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

Xəbər xətti