BRICS onlayn sammiti bir neçə saat davam edəcək

10:43 - 8 Sentyabr 2025 - İQTİSADİYYAT

Sentyabrın 8-də Moskva vaxtı ilə saat 15:00 radələrində başlayacaq BRİKS onlayn sammiti bir neçə saat davam edəcək və onun sonunda birgə bəyanat gözlənilmir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Bloomberg” Braziliya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, çıxışlar mətbuata qapalı olacaq və hər bir lider media üçün fərdi bəyanatlar dərc edib-etməyəcəyinə özü qərar verəcək.

Xəbər xətti