Yerusəlimdə atışma nəticəsində ölənlərin sayı artıb

12:51 - 8 Sentyabr 2025 - DÜNYA

Yerusəlimin şimalında baş verən atışma nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, İsrail Milli Təcili Yardım Xidmətinin məlumatına görə, daha əvvəl həkimlər 4 ölüm - 30-50 yaşlı kişilər barədə məlumat vermişdilər və onların hadisə yerində öldüyü bildirilirdi. Daha bir qadın daha sonra ağır vəziyyətdə aparıldığı xəstəxanada dünyasını dəyişib.

Bundan əlavə, təcili yardım xidmətinin yenilənmiş məlumatlarına əsasən, ümumilikdə 12 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan yeddisi ağır güllə yarası alıb, iki nəfərin vəziyyəti orta ağırdır, üç nəfər isə şüşə sınıqlarından yüngül xəsarət alıb.

Xəbər xətti